Haqqımızda

“Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunmuşdur. BBG MA Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir.
Best Brands Group MA müştərilərin rahatlığını düşünərək 2016-cı ildən etibarən mağazalarının sayını aktiv şəkildə artırmağa davam edir. 2024-cü il üzrə Azərbaycan ərazisində LC Waikiki brendinin 23 mağazası, Penti brendinin 12 mağazası mövcuddur.
Uğurlu və inkişaf yönümlü fəaliyyəti çərçivəsində sürətlə böyüməkdə olan Best Brands Group MA şirkətində hal-hazırda 600-dən çox əməkdaş fəaliyyət göstərir və inkişafı dövründə Bakı, Sumqayıt, Xırdalan, Hökməli, Gəncə, Quba, Lənkəran və Şirvan şəhərlərini əhatə edən şirkət Azərbaycan üzrə sürətlə yayılmağa davam etməkdədir.