Uzun müddətdir ki, hazırlıqları davam edən yeni LC Waikiki mağazasının açılışı baş tutdu.Açılış mərasimində LC Waikiki mağazalar şəbəkəsinin ölkəmizdəki təsisçisi Anar Həmzəyev iştirak edib.Mağaza müştərilərin bol çeşidli və uyğun qiymətli məhsullarla tanış olması üçün geniş məkana sahibdir. Onu da qeyd edək ki, mağaza 3 mərtəbədən ibarətdir, hər bir mərtəbə uyğun bölmələrə ayrılmışdır. Birinci mərtəbədə kişi, ikinci mərtəbədə qadın, dream və home, üçüncü mərtəbədə isə uşaq geyimləri ilə son trendlərə uyğun zövqlü, hər tərzə uyğun istənilən çeşid məhsul mövcuddur.Bütün məhsullar ekoloji təmiz və sağlamlığa tam zərərsizdir. Mağazaya addım atdığınız andan özünüzü fərqli və komfortlu alış-veriş mühitində tapacaqsınız. Bizim markamızın ümumi ideyalarından biri, mağazalarımıza gələn hər bir müştərinin gündəlik həyatında ehtiyaclarını qarşılamaq, daha yaxşı hiss etdirmək və öz həyat tərzlərini daha da rəngləndirməklə unudulmaz alış-veriş imkanı təmin etməkdən ibarətdir. Xırdalan şəhərində açılan yeni LC Waikiki mağazamız “Heydər Əliyev” prospektində yerləşir. Alıcıların rahatlığı üçün gündən-günə çeşidlərimizi artırırıq. Sizə lazım olan, zövqünüzə uyğun olan hər növ geyim, ev əşyaları və uşaqlarımızı sevindirmək üçün ekoloji təmiz məhsullardan hazırlanmış oyuncaqları bizim mağazalarımızdan əldə edə bilərsiniz.