Xəbərlər

LC Waikiki kids Əhmədli artıq xidmətinizdə!!

May ayının 19-da LC Waikiki Kids mağazası Əhmədli metrosu yaxınlığında yerləşən Sarayevo küç., 18Q-də fəaliyyətə başlamışdır.

Bildiyiniz kimi LC Waikiki mağazalar şəbəkəsi hazırda ölkəmizdə həm qadın, həm kişi, həm uşaq, həm ev əşyaları, həm də iç geyimlərinin satışını həyata keçirir. LC Waikiki Toys və LC Waikiki Kids məhsulları ekoloji cəhətdən təmiz, uşaqlar üçün tam zərərsiz məhsullardır və məhsulların keyfiyyətinə tam zəmanət verilir. LC Waikiki Kids mağazasının açılmasında başlıca məqsəd uşaqlı ailələrin rahatlığını təmin etməkdir. Mağazada geyimlərlə yanaşı, aksesuarlar, ayaqqabı və çantalar, uşaqlar üçün iç geyimləri, oyuncaqlar  və digər gündəlik tələbat məhsulları mövcuddur.

Qeyd edək ki, LC Waikiki Kids mağazasında müştərilər 0-14 yaş aralığında olan uşaqlar üçün istənilən geyimi əldə edə bilərlər.

Mağaza Əhmədli metrostansiyası yaxınlığında, Sarayevo küç., 18Q-də yerləşir.