Xəbərlər

LC Waikiki SUMQAYITDA!

Uzun müddətdir ki, hazırlıqları davam edən yeni LC Waikiki mağazasının açılışı baş tutdu.Açılış mərasimində tanınmış simalardan tele-aparıcı, xeyriyyəçi Hacı Nuran və LC Waikiki mağazalar şəbəkəsinin ölkəmizdəki  təsisçisi Anar Həmzəyev iştirak ediblər.

Mağaza müştərilərin bol çeşidli və uyğun qiymətli məhsullarla tanış olması üçün geniş məkana sahibdir. Onu da qeyd edək ki, mağazada qadın, kişi və uşaq geyimləri ilə yanaşı son trendlərə uyğun zövqlü ev aksesuarı və mətbəx əşyaları mövcuddur.Bütün məhsullar ekoloji təmiz və sağlamlığa tam zərərsizdir. Mağazaya addım atdığınız andan özünüzü fərqli və komfortlu alış-veriş mühitində tapacaqsınız. Bizim markamızın ümumi ideyalarından biri, mağazalarımıza gələn hər bir müştərinin gündəlik həyatında ehtiyaclarını qarşılamaq, daha yaxşı hiss etdirmək və öz həyat tərzlərini daha da rəngləndirməklə unudulmaz alış-veriş imkanı təmin etməkdən ibarətdir.  

Sumqayıt şəhərində açılan yeni LC Waikiki mağazamız  “Cavid Mall” ticarət mərkəzində yerləşir. Alıcıların rahatlığı üçün gündən-günə çeşidlərimizi artırırıq. Sizə lazım olan, zövqünüzə uyğun olan hər növ geyim, ev əşyaları və uşaqlarımızı sevindirmək üçün ekoloji təmiz məhsullardan hazırlanmış oyuncaqları bizim mağazalarımızdan əldə edə bilərsiniz.