Xəbərlər

LC Waikiki Göyçayda!

Uzun müddətdir ki, hazırlıqları davam edən yeni LC Waikiki mağazasının açılışı baş tutdu.Açılışda Göyçay şəhər İcra Hakimiyyətinin icra başçısının müavini və LC Waikiki mağazalar şəbəkəsinin ölkəmizdəki  təsisçisi iştirak ediblər.

Mağaza müştərilərin bol çeşidli və uyğun qiymətli məhsullarla tanış olması üçün geniş məkana sahibdir. Onu da qeyd edək ki, mağazada qadın, kişi və uşaq geyimləri ilə yanaşı son trendlərə uyğun zövqlü ev aksesuar və mətbəx əşyaları mövcuddur.Bütün məhsullar ekaloji təmiz və sağlamlığa tam zərərsizdir.

Göyçay şəhərində açılan yeni LC Waikiki mağazası Heydər Əliyev prospekti 88 ünvanında yerləşir. Mağaza həcmcə ən böyük LC Waikiki mağazalarından biri hesab oluna bilər.