Xəbərlər

LC WAIKIKI Neftçilər mağazası genişləndi

Hər zaman müştərilərinə dəbli və keyfiyyətli məhsullar təqdim edən LCWaikiki yenilənməyə davam edir. Mağazalar şəbəkəsinin Neftçilər metrostansiyası yaxınlığında yerləşən mağazası daha da genişləndi və çeşidlərini çoxaltdı. Belə ki, artıq mağazada LCW Dream, LCW Toys və LCW HOME məhsullarının satışı başlamışdır. LCW Toys və LCW Kids  məhsulları ekaloji cəhətdən təmiz, uşaqlar üçün tam zərərsiz məhsullardır və məhsulların keyfiyyətinə tam zəmanət verilir. Hər trendi yaxından izləyən və hər kəsin zövqünə uyğunlaşmağa çalışan dizaynerlər tərəfindən hazırlanan LCW HOME məhsulları olduqca keyfiyyətlidir. İstər hamam otağı, istər yataq otağı, istərsə də mətbəx və evinizin digər otaqları üçün mağazada yüzlərlə məhsul çeşidi mövcuddur. Mağaza Neftçilər metrostansiyasının çıxışında yerləşir. Müştərilər mağazanın 1-ci mərtəbəsində LCW Dream, LCW Toys, qadın və kişi geyimləri, 2-ci mərtəbəsində isə LCW HOME məhsulları ilə tanış ola bilərlər.