Sizə Təklif Edirik

01

Keyfiyyət

02

Güvən

03

Uyğun qiymət

Məqsədimiz

“Best Brands Group” MA ailəsi olaraq bizim əsas missiyamız geyim sektorunda zövqlü və keyfiyyətli məhsulları Azərbaycan xalqı üçün əlçatan etməkdir. Bu məqsəddən yola çıxaraq əməkdaşlıq etdiyimiz markaların məhsullarındakı keyfiyyətin yüksək olması üçün çalışırıq. Eyni zamanda münasib və əlçatan qiymət siyasətinin strategiyamızın əsas amillərindən biri olduğunu vurğulamaq istərdik. Ölkəmiz də yaşayan hər kəs zövqlü və keyfiyyətli geyimləri münasib qiymətə əldə edə bilməlidir. Fəaliyyətimiz dövründə insanların sağlamlığı daima bizim diqqət mərkəzimizdə olmuşdur. Bu səbəbdən ölkəmizdə təqdim etdiyimiz 2 markanın hər birinin məhsulları xüsusi sağlıq laboratoriyalarından keçir və İSO və digər keyfiyyət sertifikatlarına sahibdirlər.

Önümüzdəki illərdə şirkət olaraq daha da inkişaf etmək və fəaliyyət sahəsini genişləndirməklə Azərbaycanın geyim bazarında çıxış edə biləcəyimiz markaların siyahısını genişləndirmək gələcək hədəflərimizə daxildir. Gələcək fəaliyyətlərimizdə mağaza şəbəkələrimizi daha da genişləndirərək, Bakı şəhəri və ətraf bölgələr üzrə yeni filiallar açmağı planlaşdırırıq. Şirkətimizin qısa dövr ərzində böyük uğurlar və nailiyyətlər əldə etməsinin başlıca səbəblərindən biri kimi əminliklə bizim komandamızı göstərmək olar. BBG ailəsinin uzun illərə dayanan, ortaq dəyərlər altında birləşən və dərin köklərə dayanan münasibətlər əsasında formalaşmasının şirkətimizin inkişafında böyük rolu vardır. Komanda olaraq daim yeni əməkdaşlara açıq olaraq, onların qısa zaman içərisində şirkətə uyğunlaşmaları üçün mükəmməl bir mühit yaratmağa çalışırıq.

Mağazalar

LC WAIKIKI

Penti

BEST BRANDS GROUP MA

Gözəl geyim hərkəsin haqqıdır